تبليغاتX
............................... کریتیک

کریتیک

ساعت

امروز

 

 RSS 

 

 
   

 

 

حبیب حسن نژاد
علیرضا ذیحق
حمید شهانقی
اورین خوی

 برای تبادل لوگو با ما لوگوی ما را در سایتتان قرار دهید

جای تبلیغات شما

 

 

       ملا پناه واقف

Molla Pənah Vaqif

 Qarabaq xanının birinci vəziri XVIII əsrin məşhur siyasi və ictimai xadimi Molla Pənah Vaqif xalqımızın orta əsrlər ənعənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeعrlər yazmış görkəmli şairlərindəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təعsir göstərmişdir.

     Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuşdur. Belə bir fikir var ki, omun əcdadları böyük Füzulinin də mənsub olduqu Bayat tayfasından olub. Onun valideynləri haqqında çox az şey məعlumdur. Bəllidir ki, onun babasını Süleyman, atasını Mehdi, anasını isə Ağqız çağırmışlar.

     Pənah yaxşı təhsil görmüşdü. O, fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, arxitektura, musiqi və poetika üzrə geniş biliyə malik idi. O, Qazaxda tanınmış alim və pedoqoq Şəfi əfəndinin yanında oxumuşdu. Bəعzi salnaməçilər belə hesab edirlər ki, sonrakı təhsilini Gəncədə və yaxud Təbrizdə alıb. Orası da məعlumdur ki, Vaqif təhsilini başa vurduqdan sonra əvvəlcə Qazaxda, sonra isə Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs demiş və elə burada da Molla Pənah adını almışdır. Bu zaman onun alimliyi haqtında xəbərlər Molla Pənahın vətəninin hüdudlarından çox-çox uzaqlara yayılır. Hətta xalq arasında belə bir məsəl də yaranır: "Hər oxuyan Molla Pənah olmaz."

     XVIII əsrin ortalarında Gürcüstan sərhəddində gərginlik yaranır və bir çox ailələr Qazaxdan Qarabağ və Gəncəyə köçürülürlər. Vaqifin ailəsi də köçkünlərin arasında idi. Bu ailə Qarabağın Cavanşir uyezdinin Tərtərbasar kəndində sığınacaq tapır. Vaqif burada da müəllimliklə məşğul olur. Kiçik bir kəndin mollasının aldığı cüz"i maaş böyük ailənin maddi ehtiyaclarını ödəmir və Vaqifin ailəsi kasıblıq həddində yaşayır. Görünür, onun məşhur "Bayram oldu" qoşması da elə həmin vaxtlarda yazılmışdır:
     Bayram oldu, heç bilmirəm neyləyim...
     Bizim evdə dolu çuval da yoxdur.
     Dügüylə yağ hamı çoxdan tükənmiş
     Ət heç ələ düşməz, motal da yoxdur.
     Allaha bizmişik naşükür bəndə,
     Bir söz desəm, dəxi qoymazlar kəndə.
     Xalq batıb noğula, şəkərə, qəndə,
     Bizim evdə axta zoğal da yoxdur.
     Bizim bu dünyada nə malımız var,
     Nə evdə sahibcamalımız var.
     Vaqif, öyünmə ki, kamalımız var,
     Allaha şükür ki, kamal da yoxdur.

     Əlbəttə, Vaqifin yaradıcılığında heç nə ilə fərqlənməyən bu şeعri misal gətirməmək də olardı. Ancaq sovet dövründə Vaqif poeziyasının məşhur nümunəsi kimi daim xatırladılan bu şeعr az qala şairin bütün yaradıcılığının şah əsəri sayılırdı. Bu şeعri uşaq bağçalarından tutmuş universitet auditoriyalarına qədər hər yerdə əzbərdən söyləyirdilər. Və qoşmanın məzmununda mövcud quruluşun üstünlükləri haqqında ciddi ümumiləşdirmələr aparırdılar. Azərbaycan şeعrsevərlərinin geniş kütləsi şairin bədii yaradıcılığı ilə tanışlı-ğı məhz bu qoşma ilə başlayır, Vaqifin həyat və yaradıcılığı haqqında ən dolqun məعlumatı isə Səməd Vurğunun məşhur "Vaqif" pyesindən alırdılar.

     Biz isə tarixi məعlumatlarımıza davam edək. Qarabağa gəldikdən az sonra Vaqif Tərtərbasardan Şuşaya köçür. Burada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm gözəl müəllim, həm də isteعdadlı şair kimi tanınmağa başlayır. Şairin şöhrəti Qarabağ hakimi İbrahim Xəlil xana çatır və onu saraya dəعvət edirlər.

     Vaqifin saraya gəlməsi barədə bir neçə rəvayət mövcuddur. Bunlardan birinə əsasən, Vaqif ayın tutulması və zəlzələ olacağı haqda irəlicədən dəqiq xəbər verir və bu xəbəri xana çatdırırlar. İbrahim Xəlil xan bu bacarıqlı münəccimlə tanış olmaq istəyir. Vaqifin dərin ağıl və zəkasından heyrətə gələn xan ona sarayda qalıb işləmək təklifi verir. Başqa bir rəvayətə görə, hələ Gəncədə ikən Vaqif Cavad xana bir şikayətçinin dilindən ərizə yazır. Ərizənin üslubu xanı o qədər valeh edir ki, o, Molla Pənahı sarayına gətirdir. Lakin İbrahim Xəlil xanın təعkidli xahişi ilə şairin Qarabağa qayıtmasına icazə verir.

     Vaqifin ömrünün son günlərinə qədər sarayda yaşaması məعlumdur. O, əvvəlcə eşik ağası, yəعni, daxili işlər naziri, daha sonra isə birinci vəzir kimi fəaliyyət göstərib. Özünün yüksək savadı və elmi biliyi ilə o, burada da hamının rəqbətini qazanır.

     Görünür, Vaqif astronomiya ilə ciddi məşqul olub, bu sahədəki biliklərini təcrübi olaraq gün tutulmalarının və bu qəbildən olan digər təbii hadisələrin müəyyənləşdirilməsi üçün istifadə edir, astroloji biliklərini isə sarayda özünün münəccim məsləhətləri ilə nümayiş etdirirdi. Ehtimal etmək mümkündür ki, Vaqif tətbiqi riyaziyyatı da yaxşı bilib. Belə ki, onun xan sarayının, yaşayış evlərinin, Şuşa qalasının divarlarının tikintisində dəqiq hesablamalar aparması da bəllidir. Vaqifin zəngin kitabxanası vardı və o, daim öz biliklərini artırmaqla məşqul olurdu. Saray əyanları və şəhər ziyalıları içərisində seçilib-sayılması onun özünə ədəbi təxəllüs götürdüyü Vaqif (hər şeyi bilən) adını doğrultduğunu göstərir.

     Vaqif yaradıcılıqının görkəmli tədqiqatçısı Əziz Şərifin də qeyd etdiyi kimi, Qarabağ xanlığının vəziri vəzifəsində Vaqif özünü layiqli dövlət xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilir. Doğrudur, Vaqifin bacarıq və isteعdadını şübhə altına almaq mümkün deyil, amma bir məsələni aydınlaşdırmaq üstündən bu qədər vaxt keçəndən sonra bizim üçün çətinlik törədir: Bu gün Qarabağda baş verən qanlı hadisələr kimin "uzaqgörənliyinin" nəticəsidir - Vaqifin, yoxsa İbrahim Xəlil xanın? Bu hadisələrin kökü o vaxtlar yeridilmiş siyasətdənmi irəli gəlir?...

     Vaqif iki arvad alıb. Birinin adı Qızxanım, o birininki Mədinə olub. Qızxanım Durbənd bəyin qızı idi və gənc yaşlarında özündən çox-çox yaşlı olan Vaqifə ərə getmişdi. Xalq arasında onun qeyri-adi gözəlliyi barədə rəvayətlər dolaşırdı. Vaqifin bir oğlu, iki qızı olub. Onların hamısı Mədinə xanımdan olmuş uşaqlar idilər. Oğlunun adı Əliağa idi, "Alim" təxəllüsü ilə şeعrlər yazmış və yetkin çağlarında qətlə yetirilmişdi.

     Vaqif Vidadi, Hüseyn xan Müştaq, Ağqız oğlu Piri kimi şairlərlə dostluq etmişdir. Onun ən yaxın dostu isə heç şübhəsiz, həmyerlisi və bəعzi mənbələrə əsasən, uzaq qohumu Vidadi olub. Vaqif öz qızlarını Vidadinin oğlanlarına ərə vermişdir. Onların müşairəsi (şeعrləşməsi) hər iki şairin yaradıcılığında mühüm yer tutur.

     Vaqifin yaxın dostlarından biri - Hüseyn xan Müştaq 22 il Şəki xanı olmüşdu, Vaqifin onunla da şeعrləşdiyi bəllidir.

     Vaqif saraya düşdükdən sonra özü sünni olsa da, xanın inandığı şiə məzhəbini qobul edir. Birinci vəzir olduqdan sonra xanlığın xarici siyasətinə rəhbərlik edib. O vaxt Azərbaycanda vəziyyət çox gərgin və mürəkkəb idi. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra, bəlkə hələ bir az da əvvəl Azərbaycanda müstəqil xanlıqlar yaranmışdı. Az bir müddət ərzində Şəki, Qarabağ, Gəncə, Quba kimi Azərbaycan xanlıqları beynəlxalq miqyasda tanınmağa başlayırlar. Lakin bu xanlıqların müəyyən iqqisadi, siyasi və hərbi uğurlarına baxmayaraq, onların başı üzərində hər an öz müstəqilliklərini itirmək təhlükəsi dolaşırdı. Azərbaycanda aparıcı rol oynamaq uğrunda Rusiya, İran və Türkiyə mübarizə aparırdı. Qonşu xanlıqlar və hətta Gürcüstan da müstəqillik üçün təhlükəyə çevrilmişdilər. Fasiləsiz feodal müharibələri və güclü qonşuların daimi basqınları Qarabağ xanlığını məcbur edirdi ki, yaxın xanlıqlarla dil taparaq, aparıcı dövlətlərdən dəstək alsın. İbrahim xan Gürcüstanla ittifaqa girir və onlar birlikdə Rusiyadan dəstək istəyirlər. 1783-cü ildə gürcü çarı II İrakli Rusiya təbəəliyini qəbul edir və Vaqif bir il sonra Tiflisdə həmin ölkələr arasında müqavilənin imzalanması mərasimlərində iştirak edir. Tiflisdə olduğu zaman Vaqif şəhərin təعrifinə, gürcü gözəllərinə və İraklinin oğlu şahzadə Eulona həsr olunmuş şeعrlər də yazıb. 1783-cü ildə İbrahim Xəlil xan II Yekaterinaya məktub yazaraq, ondan xahiş edir ki, Qarabağ xanlığını Rusiya təbəəliyinə qəbul etsinlər. İbrahim xan çətin bir seçim qarşısında qalmışdı: o ya Rusiyanı, ya da İranda hakimiyyətə gəlmiş Ağa Məhəmməd şah Qacarı seçməli idi. İbrahim Xəlil xan çox düşünmədən Rusiyaya üstünlük verir. Məsələ onda idi ki, hələ qədim zamanlardan Qarabağ buraya köçürülmüş qacarlarla məskunlaşdırılmış və 200 il ərzində burada qacarların Ziyadoğlular boyundan olan şəxslər hökmranlıq etmişdi. Yəqin ki, Ağa Məhəmməd şah Qarabağ xanlığını tutmaq istərkən bunu müəyyən qədər qacarların pozulmuş hüquqlarının bərpası ilə motivləndirmək fikrinə düşmüşdü. Ağa Məhəmməd şah Qarabağa yaxınlaşdıqca, İbrahim Xəlil xan II İrakli ilə daha artıq yaxınlaşmağa başlayır. Vaqif Ağa Məhəmməd xana qarşı birləşmək üçün İbrahim Xəlil xanın, II İraklinin, İrəvan hakimi Məhəmməd xanın və Talış hakimi Mir Mustafa xanın danışıqlarında iştirak edir.

     Qarabağ üzərinə yürüşə hazırlaşarkən Ağa Məhəmməd şah İbrahim Xəlil xandan ona tabe olmasını və bunun rəmzi kimi oğlunu onun yanına girov göndərməsini tələb edir. İbrahim Xəlil xan buna razı olmur. 1795-ci ildə Ağa Məhəmməd şahın qoşunları Araz çayını keçərək, Şuşa istiqamətində irəliləməyə başlayırlar. Şuşalılar Vaqifin başçılığı altında müdafiə olunmaq üçün hazırlıq görürlər. Şuşanın mühasirəsi uzanır və Ağa Məhəmməd şah İbrahim Xəlil xanı qorxutmaq məqsədilə öz saray şairinə tapşırır ki, ona bir məktub yazsın. Məktub bu məzmunda olmalı idi: "Ey ağılsız, göydən başına daşlar yağarkən sən şüşənin içində möعcüzəmi axtarırsan?" Bu parçada Şuşa qalasının adı ("şüşə sözü) oy-nadılmışdı. Şuşa Azərbaycan dilində "şüşə" demək idi və şüşə də təbii ki, daşa davam gətirə bilməzdi. Həmin beyt yazılmış kağızı oxa bərkidərək, qalaya atırlar. Qarabağ xanının birinci vəziri Vaqif buna cavab yazaraq, elə həmin yolla Qacara çatdırır. Cavabın məzmunu belə idi: "Bəعli,yaradan məni şüşəyə salıb. Ancaq bu şüşə sal daşlardan tikilmiş qalanın içində yerləşir. "

     Vaqifin beyti Ağa Məhəmməd şahın qəzəbinə səbəb olur və o, top atəşlərini davam etdirmək əmrini verir. Lakin yenə heç nə alınmır. Şuşanın 33 günlük mühasirəsi qalanın igid müdafiəçilərini sarsıtmır və şah məcbur olub, mühasirəni dayandıraraq, Gürcüstana yola düşür.

     Qalanın müdafiəsində Vaqif özü də şəxsən iştirak etmişdi. Onun şeعr yazan barmaqları silahla da davranmağı bacarırdı. Şairin atıcılıq məharəti xalq arasında hətta rəvayətlər də yaradıb. Deyirlər ki, bir erməni toyunda atıcılıq yarışı keçirilir və bu yarışdan da Vaqif qalib çıxır. Vaqif hətta silaha bir müxəmməs də həsr edib:
     Dəhrdə oldu mənə dildarü dilbər bir tüfəng
     Xoş qədi ayineyi-simü səmənbər bir tüfəng...
     Hər kim istər kim, vücüdi mə
عrəkə ara gərək,
     Kəndi zatından silahü əsləha ə
عla gərək,
     Gülləsilə xuni-ə
عda tökməyə sövda gərək...

     1796-cı ildə qraf V. Zubovun başçılıq etdiyi rus qoşunları Şamaxıdan keçərək, Qarabağ sərhədlərinə gəlirlər. İbrahim Xəlil xan öz oğlu Əbülfət xanın başçılığı ilə onun yanına elçilər göndərir. Bu heyعətə Vaqif və tanınmış Qarabağ əmirlərinin oğlanları da daxil olurlar.

     Səfarət geri dönərkən İbrahim Xəlil xanla birlikdə Vaqifə də II Yekaterinanın adından qiymətli hədiyyələr verirlər. Vaqifə bahalı daş-qaşla bəzədilmiş əsa düşür. İbrahim Xəlil xan bu müddətdə II Yekaterina ilə məktublaşmasını davam etdirir. Xanın həmin məktublarının mətnini Vaqif yazırdı və imperator tezliklə onun güclü yazı qabiliyyətini müəyyənləşdirir. 1784-cü ildə ildə Q. A. Potyomkinə yazdığı məktubunda Yekaterina qeyd edirdi ki, İbrahim xanın məktubları özünün ədəbiliyi və zərifliyi ilə İrandan və Türkiyədən gələn bütün məktubları üstələyir. Rusiya hökmdarı öz favoritindən həmin məktubların müəllifinin kimliyini müəyyənləşdirməyi və onun səhhəti ilə maraqlanmağı xahiş edir. 1796-cı ildə II Yekaterina vəfat edir. Yeni imperator I Pavel Qafqazdakı rus qoşunlarını geri çağırır. Ağa Məhəmməd şah bundan istifadə edərək, onun üzünə ağ olmuş xanları cəzalandırmaq istəyir. Elə həmin il o, yeni yürüşə çıxır və bu yürüşünü Şuşadan başlayır. Bu dəfə İbrahim Xəlil xan qalanı döyüşsüz təslim edir və öz qohumları, yaxın adamları və kiçik dəstəsi ilə Azərbaycanın şimalına qaçır. Lakin məعlumdur ki, Vaqif, o vaxt xanın özü ilə götürdüyü adamların içində olmayıb. İran qoşunlarının Şuşaya girməsindən bir həftə sonra onu tutub İbrahim Xəlil xanın qardaşı Məhəmməd Həsənbəyin sarayına gətirirlər. Ağa Məhəmməd şah burada yerləşmişdi.

     Özünün mühasirə qüdrətinə görə şöhrət qazanmış Şuşa qalasını İbrahim Xəlil xanın döyüşsüz təslim etməsi tarixçilər tərəfindən xanlığın ağır iqtisadi vəziyyəti ilə izah olunur. Burada il quraqlıq keçdiyindən qıtlıq hökm sürürdü. Vaqifin xanın yanında olmaması müxtəlif cür yozulur. Bütün izahlar çoxsaylı suallar doğurur. Şuşa alınmaz qala sayılırdı və İbrahim Xəlil xanın zəruri ehtiyat toplayaraq, qalanın müdafiəsini təşkil etmək üçün xeyli vaxtı vardı. Yox, əgər onun əvvəldən qalanı döyüşsüz təslim etmək fikri vardısa da, bundan Vaqifin xəbəri olmalıydı. Çünki Vaqif onun ən yaxın saray adamı idi və elə bu halda xan onu da özü ilə aparmalıydı. Lakin belə olmur və bu da müxtəlif müəmmalarla səbəblənir.

     Şairin şimala gedən xanın dəstəsinə daxil olmamasını, göstərdiyimiz kimi, bir neçə cür izah edirlər. Yozumlardan birinə görə, guya Vaqif Cəmil ağa adlı bir şəxslə Tiflisə gedibmiş və geri qayıdan baş Ağa Məhəmməd şahın adamları onu həbs edirlər. Başqa bir izaha görə, guya o, şahdan qaçıb canını qurtarır, ancaq Cavad xan tərəfindən tutulub, Qacara təhvil verilir.

     Başqa bir ehtimal da var ki, guya şəhər hələ Qacara qədər İbrahim Xəlil xanın düşmənləri tərəfindən tutulubmuş və Vaqif də şah gəlməmişdən əvvəl həbs olunubmuş. Qalanın döyüşsüz təslim edilməsini də bununla izah etmək olar.

     Bundan sonra daha müəmmalı hadisələr baş verir. Məşhur tarixçi Mirzə Camalın (İbrahim Xəlil xan Şuşaya qayıtdıqdan sonra Vaqifin yerini məhz o tutmuşdur) yazdığına əsasən, Vaqifi səhərə yaxın saraya gətirirlər və Ağa Məhəmməd şah tapşırır ki, səhərisi gün onu eعdam etsinlər. Ən qəribəsi budur ki, Mirzə Camalın yazdığına əsasən, elə həmin axşam o, hansısa günahlarına görə, dan yeri söküləndə özünün də üç xidmətçisini eعdam etməg tapşırığı veribmiş. Ancaq Ağa Məhəmməd şah özü səhərə sağ çıxmır. Onun eعdam edəcəyi həmin üç xidmətçi maneəsiz olaraq, şahın yatağına girərək, onu qətlə yetirirlər. Bu hadisə ilk baxışda çox sadədir, lakin bütün bunların arxasında eyni ssenari dayanır.

     Bir çox tarixçilər belə hssab edir ki, Ağa Məhəmməd şaha qəsdi onun ya İrandakı müxalifətlə, ya da gürcü çarı II İrakli ilə əlaqədar olan yaxın adamları təşkil etmişlər. Bu qətldə II İraklinin iştirakını onunla izah edirlər ki, sui-qəsdi təşkil edənlər arasında bir gürcü də olub. Hadisələrin bu cür yozumu adamları çoxdan bəri düşündürən bu qaranlıq məsələyə bir aydınlıq gətirmiş olardı. Belə ki, İbrahim Xəlil xan gürcü çarının yaxın müttəfiqi idi və əgər həmin sui-qəsddə İraklinin əli varsa, demək, İbrahim Xəlil xan bu işə mütləq qarışmalı idi. Belə götürdükdə Vaqifin Qarabağda qalma səbəbləri də aydınlaşır. Ola bilsin ki, Vaqif İran şahı ilə mübarizəni təşkil etmək, aralarında Qacarın yüksək mənsəbli adamları da olan qəsdçilərə rəhbərlik etmək üçün qalıbmış. Tarixçilər həmin qəsdçilərdən biri kimi məşhur sərkərdə və tanınmış Azərbaycan xanı Sadıq xan Şəqqaqini göstərirlər. Qacarı Şuşaya müşaiyət edən bu sərkərdə həm Azərbaycan xanları ilə, həm də İranda yaşayan gürcülərlə çox yaxın idi. Həmin versiyanı bu fakt da sübut edə bilir ki, qəsddən sonra şahın üstündə olan zinət şeyləri ona təhvil verilmişdi. Şahın ölümündən sonra qoşunlar müxtəlif yollarla İrana qayıdır. Gürcüstana planlaşdırılan yürüş baş tutmur. Ola bilsin ki, qəsdçilər öz üzərlərindən şübhəni götürmək məqsədi ilə səhərisi gün asılmalı olan xidmətçilər haqda versiyanı gücləndirmişlər. Şah öldürülən gecə Vaqifin davranışı da həmin fikri təsdiqləyə bilir. Deyilənə görə, Vaqif həmin kecə səhərə qədər bir neçə dəfə həbsxana rəisini yanına çağırtdırıb ondan şəhərdə qeyri-adi hadisələrin baş verib-verməməsini soruşub.

     İran şahının qətlindən dərhal sonra Qarabağ xanlığının başına İbrahim Xəlil xanın yaxın qohumlarından olan Məmməd bəy Cavanşir keçir. Belə görsənir ki, Vaqif xilas ola bilər. Lakin belə olmur və birinci vəzirin azad edilməsindən az sonra Məmməd bəy Cavanşir onu və oğlu Əli bəyi eعdam etdirir. Böyük sənətkarın eعdam olunma səbəbləri tarixçilər arasında müxtəlif cür yozulur.

     Danışırlar ki, qətl günü fərraşlar onları xanın yanına aparmağa gəldiklərini söyləyirlər. Yolda Əli bəy atasından soruşur ki, xan yuxarıda otura-otura bizi aşağı niyə aparırlar? Vaqif cavabında söyləyir: "Bizi çoxlarını göndərdiyimiz yerə aparırlar". Vaqifi Şuşada böyük şərəflə dəfn edirlər. Hətta məzarının üstündə kiçik bir məqbərə də tikilir ki, bura da sonradan ziyarətgaha çevrilir.

     Buna baxmayaraq, Vaqifin ölümündən sonra onun evi talan olunur, əlyazmaları yandırılır. Şairin şeعrlər "Divan"ı da bu səbəbdən bizə gəlib çatmamışdır. İndi kitablarda nəşr olunan şeعrlər isə şairin yaradıcılığının pərəstişkarları tərəfindən bircə-bircə toplanmışdır. Onun şeعrləri aşıqların dilindən düşmürdü, xalq arasında əzbər deyilirdi. Bundan başqa şairin şeعrləri bəعzi adamlar tərəfindən yazıya da alınmışdı. Lakin bütün bunları bir yerə toplamaq, yazıya alıb, nəşr etdirmək heç də asan iş deyildi. Və ilk dəfə bu işi Mirzə Yusif Nersesov görür. 1856-cı ildə Teymurxanşurada Vaqifin ilk kitabı basılır. Sonra estafet M. F. Axundova keçir. O, çox zəngin bir material toplayaraq, məşhur şərqşünas Adolf Berjeyə verir. Berje isə bunları 1867-ci ildə Leypsiq şəhərində nəşr etdirir. Eyni zamanda Vaqifin irsi ilə Azərbaycan poeziyası nümunələrindən iri bir antologiya tərtib etmiş Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbov da maraqlanır. Hüseyn Əfəndi həm də Vidadinin uzaq qohumu idi. O öz əlyazmalarını dərc etdirməsə də, bir çox ədəbiyyatşünaslar həmin əsərə tez-tez istinad etmişlər. Nəhayət, inqilabdan qabaqkı dövrdə Vaqifin əsərlərinin son nəşri "Yeni həyat" qəzetinin redaktoru Haşım bəy Vəzirov tərəfindən həyata keçirilib. İnqilabdan sonrakı dövrdə Vaqifin əsərlərinin toplanması və nəşri sahəsində Salman Mümtazın böyük xidmətləri olub.

     Vaqif yaradıcılığı təkcə azərbaycanlılar arasında deyil, həm də gürcü və erməni mühitində məşhur olmuşdur. Məعlumdur ki, uzun müddət Azərbaycan dili Qafqazda millətlərarası ünsiyyət vasitəsi olmuşdur və elə buna görə də, Vaqifin şeعrləri yalnız Azərbaycan əlifbası ilə deyil, həm də gürcü və erməni əlifbaları ilə yazıya alınmışdır.

     Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə edib. O, qəzəl, təcnis, müxəmməs, müstəzad, müəşşərə, müşairə, məsnəvi və mərsiyələr yazıb. Ancaq onun yaradıcılığının böyük bir qismi, aşıq poeziyasından götürülmüş qoşma növündə yazılmış şeعrlər təşkil edir. Həmin şeعrlərin dili xalqın canlı danışığına çox yaxındır. Vaqif ərəb və fars mənşəli sözlərdən bacardıqca az istifadə etmişdir.

     Vaqif aşıq mühitində böyümüşdü və kütlənin zövq və təlabatını yaxşı bilirdi. Onun yaradıcılığında qoşmanın böyük yer tutmasını da elə bununla bağlamaq olar. Məsələyə başqa tərəfdən yanaşanda ehtimal etmək olar ki, "Divan"ı itdikdən sonra şairin yalnız xalqın hafizəsində qalan şeعrləri yazıya alınıb. Bunlar isə əsas eعtibarilə qoşmalar ola bilərdi. Orası da qeyd olunmalıdır ki, qoşmaya aludəliyi Vaqifin klassik şeعr növlərində yazdığı əsərlərin dilinə və üslubuna da müsbət təعsir göstərib.

     Vaqifin əsərlərindəki məhəbbət orta əsrlərdə yaşayıb-yaratmış Azərbaycan şairlərinin böyük əksəriyyətinin şeعrlərinə xas olan sufi-mistik rəmzlərdən tamamilə azaddır. Vaqif öz əsərlərində həyat eşqini, məعşuqəsinin gözəlliyini, hicranın acısını və vüsalın şirinliyini inandırıcı bir tərzdə tərənnüm edir.

     Şair öz əsərlərinin bütöv bir qismini Azərbaycan gözəllərinin təsvirinə həsr edib. Vaqif az qala bütün şeعrlərində məعşuqənin gözlərini, qaşlarını, saçlarını, yanaqlarını, əllərini, ayaqlarını, qədd-qamətini, can alan baxışlarını təsvir edir. Bəlkə də bu şeعrlər bizə bir qədər yekrəng görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, şairin müasirləri bu əsərləri tamamilə başqa cür qəbul etmişlər. Kişinin, qadının sifətini görmək və onlarla sərbəst şəkildə ünsiyyətə girmək imkanı olmayan müsəlman cəmiyyətində qadın gözəlliyi daha tez və həssaslıqla anlaşılırdı. Bu məعnada qadının gözəllik əlamətlərini sadəcə sadalayan şeعrlər belə o zaman oxuculara aşkarda görülməsi mümkün olmayan obrazları tam təsəvvür etmək imkanı verirdi. O dövrün auditoriyasının emosionallıq dərəcəsi də bizimkindən qat -qat yüksək idi. Bu fikri bir çox ədəbiyyatlarda təsvir olunan sufi məclisləri də sübut edə bilər. Belə ki, həmin məclislərdə oxunan adi sevgi şeعrləri də bəعzən dinləyiciləri bayıltmaq qüdrətinə malik olurmuş. O dövrün kişi auditoriyası tərəfindən qadın gözəlliyinin belə həssaslıqla qəbul edilməsi Vaqifin şeعrlərini dinləyənlərə ləzzət verirdi. Çünki onlar şairin sənətkarlıq xüsusiyyətləri sayəsində öz təsəvvürlərində bir-birinə bənzəməyən nazlı-qəmzəli, qədd-qamətli, iri, badamı gözlü, ağbuxaqlı, alyanaqlı, od baxışlı və mütləq ağıllı-kamallı Azərbaycan gözəllərini canlandıra bilirdilər. Vaqif də öz poeziyasının məqsədini elə bunda görürdü. Onun şeعrləri oxucuda obrazın həm xarici görünüşünün həm də daxili dünyasının canlı təsəvvürünü yaradır.

 

ملا پناه واقف

چکیده:

ملا پناه واقف ، شاعر رئالیست وشخصیت نامدار سیاسی و اجتماعی قرن هیجدهم ،اساس شعر رئال و انسان محور را در منطقه بنیان نهاد. گفته شده اجداد واقف به فضولی ، شاعر نامدار سده های پیشین می رسند . در دورانی که منطقه ی ِ قاراباغ دستخوش اوضاع نابسامان بود و قدرتهای بزرگ منطقه از جمله روسیه ، ایران و عثمانی بر سر تصاحب آن در رقابت بودند واقف سمت وزیر اولی خان قاراباغ را عهده دار بود .اتحادهای سیاسی ناپایدار در منطقه و حملات پی در پی به شوشا و تسخیر این شهر از سوی آغامحمدشاه قاجار ، به اعدام محکوم شدن واقف و حوادث آتی که منجر به قتل آغا محمد شاه قاجار شده و متعاقبا" اعدام واقف و پسرش را در پی می آورد از مسائل مورد بحث در این نوشته اند...

  قاراباغ خاني نين بيرينجي وزیري اون سگگیزینجی عصرين مشهور سياسي و اجتماعی خاديمي ملا پناه واقف خالقيميزين اورتا عصرلر عنعنه لري روحوندا و يئني تيپلي، رئاليست، شيفاهي خالق پوئزيياسينا ياخين شعرلر يازميش گؤرکملي شاعيرلريندندير. اونون ياراديجيليغي آذربايجان پوئزيياسي نين گله جک اينکيشافينا بؤيوک تاثیر گؤسترميشدير.  

  واقف 1717-جي ايلده قازاخ ياخينليغينداکي سالاهلي کندينده آنادان اولموشدور. بئله بير فيکير وار کي، اونون اجدادلاري بؤيوک فضولی نين ده منسوب اولدوقو بايات طايفاسيندان اولوب. اونون آتا آناسي حاقيندا چوخ آز شئي معلومدور. بلليدير کي، اونون باباسيني سليمان، آتاسيني مهدي، آناسيني ايسه آغ قيز چاغيرميشلار.  

  پناه ياخشي تحصيل گؤرموشدو. او، فارس و عرب ديللرينده ياخشي دانيشير، ستاره شناسی، ریاضیات، باستان شناسی، موسيقي و سیا ست اوزره گئنيش بيلييه ماليک ايدي. او، قازاخدا تانينميش عاليم و تربیتچی شفي افندي نين يانيندا اوخوموشدو. بعضي سالنامه چيلر بئله حساب ائديرلر کي، سونراکي تحصيليني گنجه ده و ياخود تبريزده آليب. اوراسي دا معلومدور کي، واقف تحصيليني باشا ووردوقدان سونرا اولجه قازاخدا، سونرا ايسه قاراباغدا مسجيد نزدينده فعاليت گؤسترن مدرسه ده درس دئميش و ائله بورادا دا ملا پناه آديني آلميشدير. بو زامان اونون عاليمليگي حاققيندا خبرلر ملا پناهين وطني نين حدودلاريندان چوخ-چوخ اوزاقلارا ياييلير. حتّی خالق آراسيندا بئله بير مثل ده يارانير:  " هر اوخويان ملا پناه اولماز. "   

  اون سگگیزینجی عصرين اورتالاريندا گورجوستان سرحددينده گرگينليک يارانير و بير چوخ عاييله لر قازاخدان قاراباغ و گنجه يه کؤچورولورلر. واقفين عاييله سي ده کؤچکونلرين آراسيندا ايدي. بو عاييله قاراباغين جاوانشير اويئزدي نين ترترباسار کندينده سيغيناجاق تاپير. واقف بورادا دا معليم ليکله مشغول اولور. کيچيک بير کندين ملاسي نين آلديغي جزئی معاش بؤيوک عاييله نين مادي احتيياجلاريني اؤدمير و واقفين عاييله سي کاسيبليق حددينده ياشايير. گؤرونور، اونون مشهور  " بايرام اولدو "  قوشماسي دا ائله همين واختلاردا يازيلميشدير:  

  بايرام اولدو، هئچ بيلميرم نئيلیيم...  

  بيزيم ائوده دولو چووال دا يوخدور.  

  دوگويله ياغ هامي چوخدان توکنميش  

  ات هئچ اله دوشمز، موتال دا يوخدور.  

  آللاها بيزميشيک ناشوکور بنده،  

  بير سؤز دئسم، دخي قويمازلار کنده.  

  خالق باتيب نوغولا، شکره، قنده،  

  بيزيم ائوده آختا زغال دا يوخدور.  

  بيزيم بو دونيادا نه ماليميز وار،  

  نه ائوده صاحيب جاماليميز وار.  

  واقف، اؤيونمه کي، کماليميز وار،  

  آللاها شوکر کي، کمال دا يوخدور.  

  البته، واقفين ياراديجيليغيندا هئچ نه ايله فرقلنمه يه ن بو شعري ميثال گتيرمه مک ده اولاردي. آنجاق سووئت دؤورونده واقف پوئزيياسي نين مشهور نومونه سي کيمي دايم خاطيرلاديلان بو شعر آز قالا شاعيرين بوتون ياراديجيليغي نين شاه اثري ساييليردي. بو شعري اوشاق باغچالاريندان توتموش یونيورسئت آوديتورييالارينا قدر هر يئرده ازبردن سؤيله ييرديلر. و قوشمانين مضمونوندا مؤوجود قورولوشون اوستونلوکلري حاقيندا جيدي عوموميلشديرمه لر آپاريرديلار. آذربايجان شعرسئورلري نين گئنيش کوتله سي شاعيرين بديعي ياراديجيليغي ايله تانيشلي-غي محض بو قوشما ايله باشلايير، واقفين حيات و ياراديجيليغي حاقيندا ان دولقون معلوماتي ايسه صمد ورغونون مشهور  " واقف "  پيئسيندن آليرديلار.  

  بيز ايسه تاريخي معلوماتلاريميزا داعوام ائدک. قاراباغا گلديکدن آز سونرا واقف ترترباساردان شوشايا کؤچور. بورادا مکتب آچان شاعير تئز بير زاماندا شهر ساکينلري آراسيندا هم گؤزل معليم، هم ده استعدادلي شاعير کيمي تانينماغا باشلايير. شاعيرين شهرتي قاراباغ حاکيمي ابراهيم خليل خانا چاتير و اونو سارايا دعوت ائديرلر.  

  واقفين سارايا گلمه سي باره ده بير نئچه روايت موجوددور. بونلاردان بيرينه اساسا"، واقف آيين توتولماسي و زلزله اولاجاغي حاقدا ايره ليجه دن دقيق خبر وئرير و بو خبري خانا چاتديريرلار. ابراهیم خليل خان بو باجاريقلي مونجيمله تانيش اولماق ايسته يير. واقفين درين عاغيل و ذکاسيندان حئيرته گلن خان اونا سارايدا قاليب ايشله مک تکليفي وئرير. باشقا بير روايته گؤره، هله گنجه ده ايکن واقف جاواد خانا بير شيکايتچي نين ديليندن عريضه يازير. عريضه نين اوسلوبو خاني او قدر واله ائدير کي، او، ملا پناهي سارايينا گتيردير. لاکين ابراهیم خليل خانين تاکيدلي خواهيشي ايله شاعيرين قاراباغا قاييتماسينا اجازه وئرير.  

  واقفين عؤمرونون سون گونلرينه قدر سارايدا ياشاماسي معلومدور. او، اولجه ائشيک آغاسي، يعني، داخيلي ايشلر ناظيري، داها سونرا ايسه بيرينجي وزیر کيمي فعاليت گؤستريب. اؤزونون يوکسک ساوادي و علمي بيليگي ايله او، بورادا دا هامي نين رغبتيني قازانير.  

  گؤرونور، واقف ستاره شوناسلیق ايله جدي مشغول اولوب، بو ساحه ده کي  بيليکلريني تجربي اولاراق گون توتولمالاري نين و بو قبيلدن اولان ديگر طبیعی حادثه لرين معینلشديريلمه سي اوچون استفاده ائدير، آسترولوژي بيليکلريني ايسه سارايدا اؤزونون منجم مصلحتلري ايله نوماييش ائتديريردي. احتمال ائتمک ممکندور کي، واقف تطبیقي ریاضیاتي دا ياخشي بيليب. بئله کي، اونون خان سارايي نين، ياشاييش ائولري نين، شوشا قالاسي نين ديوارلاري نين تيکينتيسينده دقيق حسابلامالار آپارماسي دا بلليدير. واقفين زنگين کيتابخاناسي واردي و او، دايم اؤز بيليکلريني آرتيرماقلا مشغول اولوردو. ساراي اعیانلاري و شهر ضياليلاري ايچريسينده سئچيليب-ساييلماسي اونون اؤزونه ادبي تخلص گؤتوردويو واقف (هر شئيي بيلن) آديني دوغرولتدوغونو گؤسترير.  

  واقف ياراديجيليقي نين گؤرکملي تدقيقاتچيسي عزيز شريفين ده قئيد ائتديگي کيمي، قاراباغ خانليغي نين وزیري وظيفه سينده واقف اؤزونو لاييقلي دؤولت خاديمي، مودريک و اوزاق گؤره ن بير سياستچي کيمي گؤستره بيلير. دوغرودور، واقفين باجاريق و استعداديني شبهه آلتينا آلماق ممکن دئييل، آما بير مسئله ني آيدينلاشديرماق اوستوندن بو قدر واخت کئچندن سونرا بيزيم اوچون چتينليک تؤره دير: بو گون قاراباغدا باش وئرن قانلي حادثه لر کيمين  " اوزاق گؤره نليگي نين "  نتيجه سيدير - واقفين، يوخسا ابراهیم خليل خانين؟ بو حادثه لرين کؤکو او واختلار يئريديلميش سيياستدنمي ايره لي گلير؟...  

  واقف ايکي آرواد آليب. بيري نين آدي قيزخانيم، او بيرينينکي مدينه اولوب. قيزخانيم دوربند بيين قيزي ايدي و گنج ياشلاريندا اؤزوندن چوخ-چوخ ياشلي اولان واقفه اره گئتميشدي. خالق آراسيندا اونون غئيري-عادي گؤزلليگي باره ده روايتلر دولاشيردي. واقفين بير اوغلو، ايکي قيزي اولوب. اونلارين هاميسي مدينه خانيمدان اولموش اوشاقلار ايديلر. اوغلونون آدي علي اغا ايدي،  " عاليم "  تخلصو ايله شعرلر يازميش و يئتکين چاغلاريندا قتله يئتيريلميشدي.  

  واقف  ويدادي، حسین خان مشتاق، آغ قيز اوغلو پيري کيمي شاعيرلرله دوستلوق ائتميشدير. اونون ان ياخين دوستو ايسه هئچ شبهه سيز، هم يئرليسي و بعضي منبعلره اساسا"، اوزاق قوهومو ويدادي اولوب. واقف اؤز قيزلاريني ويدادي نين اوغلانلارينا اره وئرميشدير. اونلارين مشاعيره سي (شعرلشمه سي) هر ايکي شاعيرين ياراديجيليغيندا اونملی يئر توتور.  

  واقفين ياخين دوستلاريندان بيري - حسین خان مشتاق 22 ايل شکي خاني اولموشدو، واقفين اونونلا دا شعرلشديگي بلليدير.  

  واقف سارايا دوشدوکدن سونرا اؤزو سنی اولسا دا، خانين اينانديغي شيعه مذهبيني قبول ائدير. بيرينجي وزیر اولدوقدان سونرا خانليغين خاريجي سيياستينه رهبرليک ائديب. او واخت آذربايجاندا وضعيت چوخ گرگين و مورکب ايدي. 1747-جي ايلده نادير شاهين اؤلدورولمه سيندن سونرا، بلکه هله بير آز دا اول آذربايجاندا مستقيل خانليقلار يارانميشدي. آز بير مدت عرضينده شکي، قاراباغ، گنجه، قوبا کيمي آذربايجان خانليقلاري بين الخالق ميقياسدا تانينماغا باشلاييرلار. لاکين بو خانليقلارين معین اقتصادی، سياسي و حربي اوغورلارينا باخماياراق، اونلارين باشي اوزرينده هر آن اؤز موستقيلليکلريني ايتيرمک تهلوکه سي دولاشيردي. آذربايجاندا آپاريجي رول اويناماق اوغروندا روسييا، ايران و تورکييه موباريزه آپاريردي. قونشو خانليقلار و حتّی گورجوستان دا موستقيلليک اوچون تهلوکه يه چئوريلميشديلر. فاصيله سيز فئودال موحاريبه لري و گوجلو قونشولارين دايمي باسقينلاري قاراباغ خانليغيني مجبور ائديردي کي، ياخين خانليقلارلا ديل تاپاراق، آپاريجي دؤولتلردن دستک آلسين. ابراهیم خان گورجوستانلا ايتتيفاقا گيرير و اونلار بيرليکده روسييادان دستک ايسته ييرلر. 1783-جو ايلده گورجو شاهي ایکینجی ايراکلي روسييا تبعه ليگيني قبول ائدير و واقف بير ايل سونرا تيفليسده همين اؤلکه لر آراسيندا مقاوله نين ايمضالانماسي مراسملرينده اشتراک ائدير. تيفليسده اولدوغو زامان واقف شهرين تعريفينه، گورجو گؤزللرينه و ايراکلي نين اوغلو شاهزاده ائولونا حصر اولونموش شعرلر ده يازيب. 1783-جو ايلده ابراهیم خليل خان ایکینجی کاترینايا مکتوب يازاراق، اوندان خواهيش ائدير کي، قاراباغ خانليغيني روسييا تبعه ليگينه قبول ائتسينلر. ابراهیم خان چتين بير سئچيم قارشيسيندا قالميشدي: او يا روسيياني، يا دا ايراندا حاکيميته گلميش آغا محمد شاه قاجاري سئچمه لي ايدي. ابراهیم خليل خان چوخ دوشونمه دن روسييايا اوستونلوک وئرير. مثله اوندا ايدي کي، هله قديم زامانلاردان قاراباغ بورايا کؤچورولموش قاجارلارلا مسکونلاشديريلميش و 200 ايل عرضينده بورادا قاجارلارين زياداوغلولار بويوندان اولان شخصلر حؤکمرانليق ائتميشدي. يقين کي، آغا محمد شاه قاراباغ خانليغيني توتماق ايسترکن بونو معین قدر قاجارلارين پوزولموش حوقوقلاري نين برپاسي ايله موتيولنديرمک فيکرينه دوشموشدو. آغا محمد شاه قاراباغا ياخينلاشديقجا، ابراهیم خليل خان ایکینجی ايراکلي ايله داها آرتيق ياخينلاشماغا باشلايير. واقف آغا محمد خانا قارشي بيرلشمک اوچون ابراهیم خليل خانين، ايکینجي ايراکلي نين، ايروان حاکيمي محمد خانين و تاليش حاکيمي مير موستافا خانين دانيشيقلاريندا ايشتيراک ائدير.  

  قاراباغ اوزرينه يوروشه حاضيرلاشارکن آغا محمد شاه ابراهیم خليل خاندان اونا تابع اولماسيني و بونون رمزي کيمي اوغلونو اونون يانينا گيروو گؤندرمه سيني طلب ائدير. ابراهیم خليل خان بونا راضي اولمور. 1795-جي ايلده آغا محمد شاهين قوشونلاري آراز چاييني کئچه رک، شوشا ايستيقامتينده ايره ليله مه يه باشلاييرلار. شوشاليلار واقفين باشچيليغي آلتيندا مودافيعه  اولونماق اوچون حاضيرليق گؤرورلر. شوشانين محاصيره سي اوزانير و آغا محمد شاه ابراهیم خليل خاني قورخوتماق مقصديله اؤز ساراي شاعيرينه تاپشيرير کي، اونا بير مکتوب يازسين. مکتوب بو مضموندا اولمالي ايدي:  " ائي عاغيلسيز، گؤيدن باشينا داشلار ياغارکن سن شوشه نين ايچينده معجزه مي آختاريرسان؟ "  بو پارچادا شوشا قالاسي نين آدي ( " شوشه سؤزو) اوي-ناديلميشدي. شوشا آذربايجان ديلينده  " شوشه "  دئمک ايدي و شوشه ده طبیعی کي، داشا دوام گتيره بيلمزدي. همين بئيت يازيلميش کاغيذي اوخا برکيده رک، قالايا آتيرلار. قاراباغ خاني نين بيرينجي وزیري واقف بونا جاواب يازاراق، ائله همين يوللا قاجارا چاتديرير. جاوابين مضمونو بئله ايدي:  " بعلي،يارادان مني شوشه يه ساليب. آنجاق بو شوشه سال داشلاردان تيکيلميش قالانين ايچينده يئرلشير.  "   

  واقفين بئيتي آغا محمد شاهين غضبينه سبب اولور و او، توپ آتشلريني داعوام ائتديرمک امريني وئرير. لاکين يئنه هئچ نه آلينمير. شوشانين 33 گونلوک محاصره سي قالانين ايگيد مودافيعه چيلريني سارسيتمير و شاه مجبور اولوب، محاصره ني دايانديراراق، گورجوستانا يولا دوشور.  

  قالانين مدافعه سينده واقف اؤزو ده شخصا" اشتراک ائتميشدي. اونون شعر يازان بارماقلاري سيلاحا دا داورانماغي باجاريردي. شاعرين آتيجيليق مهارتي خالق آراسيندا حتّی روايتلر ده ياراديب. دئييرلر کي، بير ارمني تويوندا آتيجيليق ياريشي کئچيريلير و بو ياريشدان دا واقف غاليب چيخير. واقف حتّی سيلاحا بير مخمس ده حصر ائديب:  

  دهرده اولدو منه دلدارو دلبر بير تفنگ  

  خوش قدي آيينه يي-سيم و سمنبر بير تفنگ...  

  هر کيم ايستر کي، وجودي معرکه آرا گرک،  

  کندي زاتيندان سيلاح و اسلحه اعلا گرک،  

  گولله سيله خوني-اعدا تؤکمه يه سؤودا گرک...  

  1796-جي ايلده قراف و. زوبووون باشچيليق ائتديگي روس قوشونلاري شاماخيدان کئچه رک، قاراباغ سرحدلرينه گليرلر. ابراهیم خليل خان اؤز اوغلو ابوالفتح خانين باشچيليغي ايله اونون يانينا ائلچيلر گؤندرير. بو هیئته واقف و تانينميش قاراباغ اميرلري نين اوغلانلاري دا داخيل اولورلار.  

  سفارت گئري دؤنرکن ابراهیم خليل خانلا بيرليکده واقفه ده ايي کاترینانين آديندان قييمتلي هديه لر وئريرلر. واقفه باهالي داش-قاشلا بزه ديلميش عصا دوشور. ابراهیم خليل خان بو مودتده ايکینجي کاترینا ايله مکتوبلاشماسيني داعوام ائتديرير. خانين همين مکتوبلاري نين متنيني واقف يازيردي و امپراطور تئزليکله اونون گوجلو يازي قابيليتيني معینلشديرير. 1784-جو ايلده ايلده ق. آ. پوتيومکينه يازديغي مکتوبوندا کاترینا قئيد ائديردي کي، ابراهیم خانين مکتوبلاري اؤزونون ادبيليگي و ظريفليگي ايله ايراندان و تورکييه دن گلن بوتون مکتوبلاري اوستله يير. روسييا حؤکمداري اؤز فاووريتيندن همين مکتوبلارين مؤليفي نين کيمليگيني معینلشديرمگي و اونون سههتي ايله ماراقلانماغي خواهيش ائدير. 1796-جي ايلده ايکینجي کاترینا وفات ائدير. يئني امپراطور اي پاوئل قافقازداکي روس قوشونلاريني گئري چاغيرير. آغا محمد شاه بوندان استفاده ائده رک، اونون اوزونه آغ اولموش خانلاري جزالانديرماق ايسته يير. ائله همين ايل او، يئني يوروشه چيخير و بو يوروشونو شوشادان باشلايير. بو دفعه  ابراهیم خليل خان قالاني دؤيوشسوز تسليم ائدير و اؤز قوهوملاري، ياخين آداملاري و کيچيک دسته سي ايله آذربايجانين شيمالينا قاچير. لاکين معلومدور کي، واقف، او واخت خانين اؤزو ايله گؤتوردويو آداملارين ايچينده اولماييب. ايران قوشونلاري نين شوشايا گيرمه سيندن بير هفته سونرا اونو توتوب ابراهیم خليل خانين قارداشي محمد حسن بگين سارايينا گتيريرلر. آغا محمد شاه بورادا يئرلشميشدي.  

  اؤزونون محاصره قدرتينه گؤره شهرت قازانميش شوشا قالاسيني ابراهیم خليل خانين دؤيوشسوز تسليم ائتمه سي تاريخچيلر طرفيندن خانليغين آغير اقتصادي وضعيتي ايله ايضاح اولونور. بورادا ايل قوراقليق کئچديگيندن قيتليق حکم سوروردو. واقفين خانين يانيندا اولماماسي مختلف جور يوزولور. بوتون ايضاحلار چوخسايلي سواللار دوغورور. شوشا آلينماز قالا ساييليردي و ابراهیم خليل خانين ضروري احتياط توپلاياراق، قالانين مدافيعه سيني تشکيل ائتمک اوچون خيلي واختي واردي. يوخ، اگر اونون اولدَن قالاني دؤيوشسوز تسليم ائتمک فيکري وارديسا دا، بوندان واقفين خبري اولمالييدي. چونکي واقف اونون ان ياخين ساراي آدامي ايدي و ائله بو حالدا خان اونو دا اؤزو ايله آپارمالييدي. لاکين بئله اولمور و بو دا مختلف معمالارلا سببله نير.  

  شاعيرين شيمالا گئدن خانين دستسينه داخيل اولماماسيني، گؤسترديگيميز کيمي، بير نئچه جور ايضاح ائديرلر. يوروملاردان بيرينه گؤره، گويا واقف جميل آغا آدلي بير شخصله تفليسه گئديبميش و گئري قاييدان باش آغا محمد شاهين آداملاري اونو حبس ائديرلر. باشقا بير ايضاحا گؤره، گويا او، شاهدان قاچيب جانيني قورتارير، آنجاق جواد خان طرفيندن توتولوب، قاجارا تحويل وئريلير.  

  باشقا بير احتمال دا وار کي، گويا شهر هله قاجارا قدر ابراهیم خليل خانين دوشمنلري طرفيندن توتولوبموش و واقف ده شاه گلمه ميشدن اول حبس اولونوبموش. قالانين دؤيوشسوز تسليم ائديلمه سيني ده بونونلا ايضاح ائتمک اولار.  

  بوندان سونرا داها معمالي حادثه لر باش وئرير. مشهور تاريخچي ميرزه جامالين (يبراهيم خليل خان شوشايا قاييتديقدان سونرا واقفين يئريني محض او توتموشدور) يازديغينا اساسا"، واقفي سحره ياخين سارايا گتيريرلر و آغا محمد شاه تاپشيرير کي، سحريسي گون اونو اعدام ائتسينلر. ان غريبه سي بودور کي، ميرزه جامالين يازديغينا اساسا"، ائله همين آخشام او، هانسيسا گوناهلارينا گؤره، دان يئري سؤکولنده اؤزونون ده اوچ خيدمتچيسيني اعدام ائتمگ تاپشيريغي وئريبميش. آنجاق آغا محمد شاه اؤزو سحره ساغ چيخمير. اونون اعدام ائده جگي همين اوچ خيدمتچي مانعه سيز اولاراق، شاهين ياتاغينا گيره رک، اونو قتله يئتيريرلر. بو حادثه  ايلک باخيشدا چوخ ساده دير، لاکين بوتون بونلارين آرخاسيندا عئيني عوامل دايانير.  

  بير چوخ تاريخچيلر بئله حساب ائدير کي، آغا محمد شاها قصدي اونون يا ايرانداکي موخاليفتله، يا دا گورجو شاهي ايکینجي ايراکلي ايله علاقه دار اولان ياخين آداملاري تشکيل ائتميشلر. بو قتلده ايکینجي ايراکلي نين ايشتيراکيني اونونلا ايضاح ائديرلر کي، سوء-قصدي تشکيل ائدنلر آراسيندا بير گورجو ده اولوب. حادثه لرين بو جور يورومو آداملاري چوخدان بري دوشوندورن بو قارانليق مثله يه بير آيدينليق گتيرميش اولاردي. بئله کي، ابراهیم خليل خان گورجو شاهي نين ياخين متفقي ايدي و اگر همين سوء-قصدده ايراکلي نين الي وارسا، دئمک، ابراهیم خليل خان بو ايشه مطلق قاريشمالي ايدي. بئله گؤتوردوکده واقفين قاراباغدا قالما سببلري ده آيدينلاشير. اولا بيلسين کي، واقف ايران شاهي ايله مبارزه ني تشکيل ائتمک، آرالاريندا قاجارين يوکسک منصبلي آداملاري دا اولان قصدچيلره رهبرليک ائتمک اوچون قاليبميش. تاريخچيلر همين قصدچيلردن بيري کيمي مشهور سرکرده و تانينميش آذربايجان خاني صادق خان شقاقيني گؤستريرلر. قاجاري شوشايا مشايعت ائدن بو سرکرده هم آذربايجان خانلاري ايله، هم ده ايراندا ياشايان گورجولرله چوخ ياخين ايدي. همين وئرسيياني بو فاکت دا ثبوت ائده بيلير کي، قصددن سونرا شاهين اوستونده اولان زينت شئيلري اونا تحويل وئريلميشدي. شاهين اؤلوموندن سونرا قوشونلار مختلف يوللارلا ايرانا قاييدير. گورجوستانا پلانلاشديريلان يوروش باش توتمور. اولا بيلسين کي، قصدچيلر اؤز اوزرلريندن شبهه ني گؤتورمک مقصدي ايله سحريسي گون آسيلمالي اولان خيدمتچيلر حاقدا وئرسيياني گوجلنديرميشلر. شاه اؤلدورولن گئجه واقفين داورانيشي دا همين فيکري تصديقله يه بيلير. دئييلنه گؤره، واقف همين کئجه سحره قدر بير نئچه دفعه  حبسخانا ريسيني يانينا چاغيرتديريب اوندان شهرده غيري-عادي حادثه لرين باش وئريب-وئرمه مه سيني سوروشوب.  

  ايران شاهي نين قتليندن درحال سونرا قاراباغ خانليغي نين باشينا ابراهیم خليل خانين ياخين قوهوملاريندان اولان محمد بي جاوانشير کئچير. بئله گؤرسه نير کي، واقف خيلاص اولا بيلر. لاکين بئله اولمور و بيرينجي وزیرين آزاد ائديلمه سيندن آز سونرا محمد بي جاوانشير اونو و اوغلو علي بيي اعدام ائتديرير. بؤيوک صنعتکارين اعدام اولونما سببلري تاريخچيلر آراسيندا مختلف جور يوزولور.  

  دانيشيرلار کي، قتل گونو فراشلار اونلاري خانين يانينا آپارماغا گلديکلريني سؤيله ييرلر. يولدا علي بي آتاسيندان سوروشور کي، خان يوخاريدا اوتورا-اوتورا بيزي آشاغي نييه آپاريرلار؟ واقف جاوابيندا سؤيله يير:  " بيزي چوخلاريني گؤندرديگيميز يئره آپاريرلار " . واقفي شوشادا بؤيوک شرفله دفن ائديرلر. حتّی مزاري نين اوستونده کيچيک بير مقبره ده تيکيلير کي، بورا دا سونرادان زيارتگاها چئوريلير.  

  بونا باخماياراق، واقفين اؤلوموندن سونرا اونون ائوي تالان اولونور، اليازمالاري يانديريلير. شاعيرين شعرلر  " ديوان " اي دا بو سببدن بيزه گليب چاتماميشدير. ايندي کيتابلاردا نشر اولونان شعرلر ايسه شاعيرين ياراديجيليغي نين پرستيشکارلاري طرفيندن بيرجه-بيرجه توپلانميشدير. اونون شعرلري آشيقلارين ديليندن دوشموردو، خالق آراسيندا ازبر دئييليردي. بوندان باشقا شاعيرين شعرلري بعضي آداملار طرفيندن يازييا دا آلينميشدي. لاکين بوتون بونلاري بير يئره توپلاماق، يازييا آليب، نشر ائتديرمک هئچ ده آسان ايش دئييلدي. و ايلک دفعه  بو ايشي ميرزه يوسف نرسووف گؤرور. 1856-جي ايلده تيمورخانشورادا واقفين ايلک کيتابي باسيلير. سونرا استافت م. ف. آخوندووا کئچير. او، چوخ زنگين بير ماتئريال توپلاياراق، مشهور شرقشناس آدولف برژيه وئرير. برژئ ايسه بونلاري 1867-جي ايلده لئيپسيق شهرينده نشر ائتديرير. عئيني زاماندا واقفين ارثي ايله آذربايجان پوئزيياسي نومونه لريندن ايري بير آنتولوگييا ترتيب ائتميش زاقافقازييا موفتيسي حسین افندي قاييبوو دا ماراقلانير. حسین افندي هم ده ويدادي نين اوزاق قوهومو ايدي. او اؤز اليازمالاريني درج ائتديرمه سه  ده، بير چوخ ادبياتشوناسلار همين اثره تئز-تئز استناد ائتميشلر. نهايت، اينقيلابدان قاباقکي دؤورده واقفين اثرلري نين سون نشري  " يئني حيات "  قزئتي نين رداکتورو هاشيم بي وزیروو طرفيندن حياتا کئچيريليب. اينقيلابدان سونراکي دؤورده واقفين اثرلري نين توپلانماسي و نشري ساحه سينده سلمان ممتازين بؤيوک خدمتلري اولوب.  

  واقف ياراديجيليغي تکجه آذربايجانليلار آراسيندا دييل، هم ده گورجو و ائرمني موحيطينده مشهور اولموشدور. معلومدور کي، اوزون مدت آذربايجان ديلي قافقازدا ميلتلراراسي ارتباط واسيطه سي اولموشدور و ائله بونا گؤره ده، واقفين شعرلري يالنيز آذربايجان اليفباسي ايله دئييل، هم ده گورجو و ائرمني اليفبالاري ايله يازييا آلينميشدير.  

  واقف شرق پوئزيياسي نين بوتون کلاسسيک فورمالاريندان استفاده ائديب. او، غزل، تجنيس، مخمس، مستزاد، موششره، مشاعره، مثنوي و مرثيه لر يازيب. آنجاق اونون ياراديجيليغي نين بؤيوک بير قيسمي، آشيق پوئزيياسيندان گؤتورولموش قوشما نؤوونده يازيلميش شعرلر تشکيل ائدير. همين شعرلرين ديلي خالقين جانلي دانيشيغينا چوخ ياخيندير. واقف عرب و فارس منشالي سؤزلردن باجارديقجا آز استفاده ائتميشدير.  

  واقف آشيق موحيطينده بؤيوموشدو و کوتله نين ذوق و طلبا تيني ياخشي بيليردي. اونون ياراديجيليغيندا قوشمانين بؤيوک يئر توتماسيني دا ائله بونونلا باغلاماق اولار. مثله يه باشقا طرفدن ياناشاندا احتمال ائتمک اولار کي،  " ديوان " اي ايتديکدن سونرا شاعيرين يالنيز خالقين حافيظه سينده قالان شعرلري يازييا آلينيب. بونلار ايسه اساس اعتيباريله قوشمالار اولا بيلردي. اوراسي دا قئيد اولونماليدير کي، قوشمايا آلوده ليگي واقفين کلاسسيک شعر نؤولرينده يازديغي اثرلرين ديلينه و اسلوبونا دا مثبت تاثیر گؤستريب.  

  واقفين اثرلرينده کي  محبت اورتا عصرلرده ياشاييب-ياراتميش آذربايجان شاعيرلري نين بؤيوک اکثريتي نين شعرلرينه خاص اولان صوفي-ميستيک رمزلردن تماميله آزاددير. واقف اؤز اثرلرينده حيات عشقيني، معشوقه سي نين گؤزلليگيني، هيجرانين آجيسيني و وصالين شيرينليگيني اينانديريجي بير طرزده ترنم ائدير.  

  شاعير اؤز اثرلري نين بوتؤو بير قيسميني آذربايجان گؤزللري نين تصويرينه حصر ائديب. واقف آز قالا بوتون شعرلرينده معشوقه نين گؤزلريني، قاشلاريني، ساچلاريني، ياناقلاريني، اللريني، آياقلاريني، قدد-قامتيني، جان آلان باخيشلاريني تصوير ائدير. بلکه ده بو شعرلر بيزه بير قدر يکرنگ گؤرونه بيلر. لاکين نظره آلماق لازيمدير کي، شاعيرين معاصيرلري بو اثرلري تماميله باشقا جور قبول ائتميشلر. کيشي نين، قادي نين صيفتيني گؤرمک و اونلارلا سربست شکيلده اونسيته گيرمک امکاني اولمايان مسلمان جمعيتينده قادين گؤزلليگي داها تئز و حساسليقلا آنلاشيليردي. بو معنادا قادي نين گؤزلليک علامتلريني ساده جه صدالايان شعرلر بئله او زامان اوخوجولارا آشکاردا گؤرولمه سي ممکن اولمايان اوبرازلاري تام تصوور ائتمک ايمکاني وئريردي. او دؤورون آديتوريياسي نين ائموسيونالليق درجه سي ده بيزيمکيندن قات -قات يوکسک ايدي. بو فيکري بير چوخ ادبياتلاردا تصوير اولونان صوفي مجليسلري ده ثبوت ائده بيلر. بئله کي، همين مجليسلرده اوخونان عادي سئوگي شعرلري ده بعضا" دينلگي جيلري باييلتماق قدرتينه ماليک اولورموش. او دؤورون کيشي آديتوريياسي طرفيندن قادين گؤزلليگي نين بئله حساسليقلا قبول ائديلمه سي واقفين شعرلريني دينله ينلره لذت وئريردي. چونکي اونلار شاعيرين صنعتکارليق خصوصيتلري سايه سينده اؤز تصوورلرينده بير-بيرينه بنزمه يه ن نازلي-غمزه لي، قدد-قامتلي، ايري، بادامي گؤزلو، آغ بوخاقلي، آل ياناقلي، اود باخيشلي و مطلق عاغيللي-کاماللي آذربايجان گؤزللريني جانلانديرا بيليرديلر. واقف ده اؤز پوئزيياسي نين مقصديني ائله بوندا گؤروردو. اونون شعرلري اوخوجودا اوبرازين هم خارجي گؤرونوشونون هم ده داخلي دونياسي نين جانلي تصورونو يارادير.  

  (منبع اینترنت) 

 

 

   post-96.aspx نوشته شده در  یکشنبه چهارم آذر 1386ساعت 18:23  توسط شهریارگلوانی    

 
[بالا]

Design By Mohsen Davari